Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il yaxınlaşır. Bayram günlərində də hər il minlərlə insan bölgələrə üz tutur.
Bəs görəsən bölgələrdəki hotellərin qiymətləri və şərtlər qonaqlara uyğundurmu?
Bayram istirahəti üçün Lənkərana getməyi planlaşdıran turistlər indidən istirahət mərkəzlərindəki yerlərin əksəriyətini bron ediblər.
Yeni ili turistlərin bir qismi isə gündəlik kirəyə verilən fərdi evləri seçirlər. Bu səbəbdən həmin evlərin kirayə qiymətlərində artım müşahidə edilir. Xüsusilə dağətəyi ərazilərdəki fərdi evlərə tələbat daha çoxdur.
Şimal-qərb bölgəsindəki hotellərdə də Yeni illə əlaqədar hazırlıq işləri aparılır. Hazırda əksər otellərdə 31 dekabr və 1 yanvar tarixləri üçün otaqların 90 faizi, digər günlər üçün isə 40 faizi rezerv edilib.
Bölgədə ailələr üçün gündəlik dəyəri min manata yaxın olan kotteclərlə yanaşı, adambaşına 10-30 manata hostellər də var. Fərdi evlərin bir gününün qiyməti isə 80 – 600 manat arasında dəyişir.