5 C
Baku
Saturday, December 14, 2024

Yeni ilin möcüzələrindən zövq alın

Həyatımızda yeni bir səhifə açmaq üçün yeni ilin başlanğıcı ən əvəzsiz bir gündür. Təbii ki, bu günü hər kəs mükəmməl keçirmək istəyər. Havaların günü gündən soyumağına baxmayaraq, şəhərlərin işıqlar və digər əşyalarla bəzənməsi insanda xüsusi ruh yüksəkliyi verir.

Düzünü etiraf edək ki, Yeni il ölkəmizdə o qədər də yüksək səviyyədə keçirilmir. Bu səbəbdən də insanlar Yeni ili o qədər də həvəslə qarşılamır, ona adi bir bayram kimi baxırlar. Lakin artıq sayılı günlər qalan bu bayramda 1 il yaşadığımız il təhvil olunur (ömrümüzün daha bir ilini yola salır və yenisini qarşılayırıq). kimində pis kimində isə unudulmaz xatirələrlə yadda qalır. Nəzərə alsaq ki, Yeni il yeni ümidlərin yeni planların başlanğıcı deməkdir, o zaman bu bayramı mükəmməl şəkildə qeyd etməyə həqiqətən dəyər. Məncə hamının ən azından ilin ilk gününü arzuladığı şəkildə qarşılamağa haqqı var.

Qarşıdan gələn yeni ildə özünüzü sanki nağıllar aləmində hiss etmək istəyirsinizsə, səyahət agentliklərinin təklif etdiyi ən gözəl imkanlardan istifadə edin.

Belə ki, unudulmaz xatirələrlə yadda qalacaq bir şəhər –Paris. Bu şəhərdə Yeni ili qarşılamaq sizin üçün daha fərqli olacaq.  8 gün istirahət üçün Aviabilet, Otel, Qidalanma (Səhər yeməyi), Transfer, Sığorta, Ekskursiya xidmətləri daxil olmaqla 1 250-1 300 AZN ödəməli olacaqsınız. Belə bir şəhərə səyahət etməyiniz üçün yüksək məbləğ belə ödəməyə dəyər.

Kiyevdə Yeni il. Bu şəhərə 8 gün səyahət etməyiniz üçün sizin təxminən 750 -850 AZN ödəməli olacaqsınız. qiymətə Aviabilet, Transfer, Otel, Qidalama (Səhər yeməyi) xidmətləri daxildir.

Riqada Yeni il. Şəhərə 5 gün müddətində səyahət etməyiniz üçün təxminəm 500- 550 AZN ödəməli olacaqsınız. qiymətlərə Transfer, Otel, Qidalanma (Səhər yeməyi), Rüsumlar. Şəhər ətrafında 1 saatlıq ekskursiya, Yeni İl şənliyinə 2 nəfərlik masa, Viza dəvəti, Sığorta xidmətləri daxildir.

Şarm-El-Şeyxdə Yeni il. 7 gün şəhərdə istirahət etməyiniz üçün təxminən 450-550 AZN ödəməli olacaqsınız. qiymətlərə Aviabilet,  Otel 6 gecə / 7 gün, Qidalanma: “All Inclusive”, Transfer , Sığorta xidmətləri daxildir.

 Londonda Yeni İl. 5 gün müddətində şəhərə səyahət edə bilməyiniz sizin 950 -1050 AZN xərciniz çıxacaq. Qiymətlərə Aviabilet, Otel, Qidalanma:s əhər yeməyi, Sığorta, Visa dəstəyi, xidmətləri daxildir.

Praqada Yeni il. 8 gün bu şəhərdə istirahət etməyiniz üçün təxminən 980- 1 000 AZN xərcləməli olacaqsınız. qiymətlərə isə Aviabilet, Otledə qalma 7 gecə/8 gün, səhər yeməyi, Sığorta, Transfer,  Viza xidmətləri daxildir.

Yeni ildə səyahət etməyiniz üçün mükəmməl olan ölkələrin qiymətlərini artıq bilirsiniz. Əgər hər hansı bir xarici ölkədə Yeni ili qarşılamaq və istirahət etmək istəyirsinizsə o zaman tələsin, çünki daha sonra istədiyiniz ölkəyə səyahət üçün yerlər qalmaya bilər.

Unutmayaq ki, yaşadığımız bu həyata hər kəs sadəcə 1 dəfə gəlir və bu həyatını mənalı yaşaması üçün digər bir şans verilmir.  İllər keçdikdən sonra yalnız yaxşı xatirələri yada salmağımız üçün həyatınızda mükəmməl izlər qoyun və həyatın möcüzələrindən zövq alın….

Son xəbərlər
Digər xəbərlər