Sən demə Yeni il ən qədim bayramdır. Qədim Misir ehramlarında aparılan qazıntılar zamanı üzərində “Yeni ilin başlanğıcı” yazılmış bir qab tapılmışdı. Yeni il Qədim Misirdə Nil çayının səviyyəsinin qalxdığı zaman qeyd edilirdi (təxminən sentyabrın əvvəlində). Misirlilər üçün Nil çayının səviyyəsinin qalxması çox vacib idi, çünki onun sayəsində quru səhrada taxıl bitirdi. Yeni ildə Amon tanrısının, onun arvadının və oğlunun heykəlləri qayığa qoyulurdu. Qayıq Nil çayı üzrə bir ay üzürdü və bu mahnılarla, rəqslərlə və şənliklə müşahidə olunurdu. Daha sonra isə heykəlləri yenidən məbədə qaytarırdılar.
Qədim romalılar isə b. e. ə. Yeni il hədiyyələri verməyə və şənlik etməyə başlamışdılar.
Uzun müddət ərzində romalılar Yeni ili mart ayında qeyd edirdilər. Sonra isə Yuli Sezar yeni təqvim tərtib edir və Yeni il bayramının vaxtı dəyişir. Beləliklə, yeni il bayramı yanvarın 1-i qeyd olunmağa başlayır. Yanvar ayı roma tanrısı Yanusun şərəfinə adlandırılmışdı. Yanusun bir üzü keçən ilə, o birisi üzü isə yeni ilə baxırdı. Yeni il bayramı «kalenda» adlanırdı. Bayram zamanı insanlar evlərini bəzəyirdilər, bir-birilərinə hədiyyə verirdilər, qullar və onların sahibləri bir yerdə yeyib şənlənirdilər. Romalılar imperatora hədiyyələr edirdilər. Əvvəl bu könüllü olaraq baş verirdi, lakin tədricən imperatorlar Yeni ilə hədiyyələr tələb etməyə başlayırlar
Deyilənə görə, Yuli Sezar qullardan birinə həmin qul Sezara Yeni ildə daha uzun ömür arzuladığı üçün azadlıq vermişdi.
Roma imperatoru Kaliqula Yeni ilin ilk günündə sarayın qarşısında meydana çıxırdı və insanlardan hədiyyələr yığırdı və kimin nə qədər hədiyyə verdiyini yazırdı.
Qədim Babil Yeni ili baharda qarşılayırdı. Bayram zamanı çar bir neçə günlük ölkəni tərk edirdi. Çar olmadığı zaman xalq şənlik edirdi və istədiyi hər şeyi edə bilərdi. Bir neçə gündən sonra çar təmtəraqlı şəkildə bayram libaslarında qayıdırdı və hər kəs öz işinə qayıdırdı.
Qaliyanın sakinləri (müasir Fransanın və İngiltərənin bir hissəsi Yeni ili oktyabrın sonunda qarşılayırdılar. Bayram «summer’s end» (yayın sonu) ifadəsindən əmələ gələn Samhain adı ilə adlandırılırdı. Yeni ildə sakinlər ruhları qovmaq üçün evlərini bəzəyirdilər. Onlar hesab edirdilər ki, məhz Yeni ildə ölülərin ruhları dirilir. Qaliyalılar romalılardan bir çox adətlər mənimsəmişdilər.
Həmçinin Qaliya imperatorları da sakinlərdən hədiyyələr tələb edirdilər. Adətən, bəzək əşyaları və qızıl hədiyyə edirdilər. Bir neçə əsr sonra bu ənənə sayəsində kraliça I Elizaveta qiymətli daşlarla bəzədilmiş əlcəklər kolleksiyası toplamışdı. Yeni ildə kişilər öz həyat yoldaşlarına bəzəkli sancaq və digər əşyalar almaq üçün pul verirdilər. 1800-cü ildə bu ənənə unudulur , lakin “pin money” termini hələ də istifadə edilir və xırda-xuruşlara sərf olunan pul kimi başa düşülür.
Orta əsrlərdə İngiltərədə Yeni il martda qeyd edilirdi. 1752-ci ildə parlament Yeni ili 1 yanvarda qeyd etmək qərarı qəbul edir. Lakin bu qərar qadınlar bu qərara etiraz edirlər. Qəzəblənmiş qadınlar spikerə belə bəyan etdilər: «Parlamentin qadınları bir neçə gün yaşlı etməyə haqqı yoxdur». Spiker bu bəyanətə cavab olaraq demişdi ki: «Bu qadın məntiqinin klassik nümunəsidir!».