26 C
Baku
Monday, June 24, 2024

Yeni inşa ediləcək zavoda 68 milyon manat investisiya yatırılacaq

Azərbaycanın İsmayıllı rayonunda “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin yeni istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Banker.az xəbər verir ki, müəssisənin investisiya dəyəri 68 milyon manat təşkil edir.

Bununla da, İsmayıllıda müxtəlif çeşidli qazlı və qazsız alkoqolsuz içkilər istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 165 milyon litr təşkil edəcək. Zavodda 100 nəfər işlə təmin olunacaq.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər