10 C
Baku
Friday, December 27, 2024

Yeni institusional nəzəriyyə nədir?

Yeni institusional nəzəriyyə (New institutional economics, yaxud neoinstitusionalizm) – neo-klassik cərəyanına aid olan müasir iqtisadi nəzəriyyədir. Bu nəzəriyyə əsasını Ronald Kouzanın 1937-ci ildə çıxmış “Şirkətin təbiəti” adlı kitabından götürmüşdür. Lakin bu sahəyə maraq yalnız 1970-ci illərin sonlarında ABŞ-da, daha sonra isə Avropada yaranmışdı. Termin isə elmə Oliver Williamson tərəfindən gətirilmişdir.

1997-ci ildə “Yeni institusional nəzəriyyə ilə bağlı beynəlxalq cəmiyyət” yaradıldı.

Yeni institusional nəzəriyyəni çox vaxt heç bir əlaqəsi olmayan institusionalizm ilə səhv salırlar.

Əsas metodları

Neoinstitusionalizm – sosial elmlərlə əlaqəli makroiqtisadi analiz metodlarının yaranmasını təzahür etdirən tendensiyalardır.

Neoinstitusionalizm iki ümumi parametrdən ibarətdir:

1.birincisi, sosial institutların əhəmiyyəti nədən ibarətdir (institutions matter)

2. ikincisi isə, onlar standart iqtisadi nəzəriyyə üsulları vasitəsi ilə analizə nə kimi köməklik edirlər.

Neoinstitusional nəzəriyyə əməliyyat xərclərinin, mülkiyyət hüquqlarının, müqavilə təşkilatları ilə müqavilələrin analizlərinə xüsusi diqqət ayırır.

Neoinstitusionalistlər ənənəvi neo-klassik nəzəriyyədə “metodoloji individualizm” prinsiplərinin əksikliyini tənqid edirlər.

Neo-klassik nəzəriyyə ilə müqayisədə neoinstitusionalizm cəmiyyətin institusional strukturlarına görə məhdudlaşan yeni bir sinif təqdim edir və bu da fərdi seçim sahəsini də məhdudlaşdırırdı. Bundan başqa rasionallıq və opportunizm ilə məhdudlaşan davranış fərziyyələri təqdim olunur.

İlk sahə məhdud məlumatlara sahib insanların yalnızca maddi xərcləri deyil, həm də intellektual səylərini də minimuma endirə biləcəyini əhatə edir. İkinci isə “sonda inamsızlıqla nəticələnən yalnız öz maraqlarının ardınca getməyi” (self-interest-seeking-with-guile), daha doğrusu müqavilələrin ləğv olunma ehtimallarını təmsil edir.

Neo-klassik məktəb nümayəndələri güman edirlər ki, bazar rəqabət şəraitində fəaliyyət göstərir. Rəqabətdən uzaq olan bazarlar isə sonda uğursuzluqlarla nəticələnir və bu halda dövlətin köməyinə ümid bəsləyir. Neoinstitusionalistlər dövlətin çox informasiyaya və əməliyyat xərclərini aradan qaldırılması üçün nəzəri imkanlara malik olmadığını sübut edirlər.

Son xəbərlər
Digər xəbərlər