15 C
Baku
Wednesday, April 24, 2024

Yeni investisiya şirkəti İpoteka və Kredit Zəmanət Fondundan sifariş aldı

İpoteka və Kredit Zəmanət Fondu “ABB-İnvest İnvestisiya Şirkəti” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə qiymətli kağızlar ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi üzrə xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 6 000 manatdır.

“ABB-İnvest İnvestisiya Şirkəti” – 12 iyun 2020-ci ildə təsis edilib, 300 min manat nizamnamə kapitalı var. Şirkətin icraçı direktoru Nadir Babazadədir. N.Babazadə indiyə qədər “Unicapital İnvestisiya Şirkəti” ASC-nin direktor əvəzi işləyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər