“Apple” yeni “İphone 15” modelini təqdim etdi.
Banker.az xəbər verir ki, smartfonların yeni xətti iki modellə təmsil olunacaq: ekran ölçüləri müvafiq olaraq 6,1 və 6,7 düym olan iPhone 15 və iPhone 15 Plus. Smartfonlar 48 meqapiksellik əsas kamera və sələfindən 20% az enerji sərf edən A16 Bionic prosessoru ilə təchiz edilib.
Bundan əlavə, ekran çərçivələri incəlib və telefonu mexaniki gərginlikdən qorumaq üçün onun səthinə xüsusi keramika örtük çəkilib.