22 C
Baku
Thursday, April 18, 2024

Yeni iPhone daha da böyük olacaq – internetə şəkillər sızdı

Twittér istifadəçisi Venya Geskin üç yeni iPhone modelinin fotoşəkillərini paylaşıb. Çox güman ki, bu fotoşəkillərdəki  smartfonlar real deyil. Bunlar orijinallar kimi görünən maketlərdir. Aksessuar istehsalçıları  belə maketləri alaraq yeni iPhone-un elanına hazırlaşırlar.

Bu şəkillərə görə iPhone X Plus daha öncəki modelin ölçüsündən böyük olacaq, diaqonalın eni 6,5 düym olacaq. Telefonda arxa paneldə iki kamera və ekranın ön panelində True Depth kamerası olacaq.Güman edilir ki, iPhone X Plus qiyməti 999 dollar olacaq.

Ola bilər ki,Apple 5.8 düymlük iPhone X-ni yeniləyəcək və qiyməti 899 dollara endirəcək. həmçinin ehtimal edilir ki Apple, 6,1 düym diaqonalı olan  telefon istehsal etsin, şayələrə əsasən, arxa paneldə bir kameralı iphone-nun qiymətinin 700 dollar olacağı güman edilir.O, daha bahalı OLED və alüminiumdan yox, paslanmayan poladdan hazırlanmış LCD ekrana malik olacaq.

Screen Shot 2018 07 31 at 18.36.36

Son xəbərlər
Digər xəbərlər