Yeni “iPhone” modellərinin nəyə görə bahdır? – “Apple” rəhbərindən izah

0
Tim Cook

“Apple” şirkətinin rəhbəri Tim Kuk yeni “iPhone” modellərinin qiymətinin bahalığını onların indiyədək buraxılan ən mükəmməl smartfonlar olması ilə izah edib.

“Rambler” resursuna istinadən, onun sözlərinə görə, “iPhone XS” və “XS Max” modelləri istifadəçi üçün bütün digər qurğuları əvəz edə bilər.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Smartfon istifadəçinin rəqəmli kamerasını əvəzləyib. Daha ayrıca kameraya ehtiyac qalmayıb. O, videokameranı, musiqi pleyerini əvəz edib. Smartfon bütün bu müxtəlif qurğuları əvəzləməklə böyük əhəmiyyətə malik olmağa başlayıb”, – T.Kuk qeyd edib.

“Apple” şirkəti tərəfindən yeni “iPhone XS”, “XS Max” və “XR” modelləri sentyabrın 12-də təqdim olunub.