15 C
Baku
Friday, April 26, 2024

Yeni “iPhone”lar Azərbaycana nə vaxt gələcək və qiymətləri neçə olacaq?

Xəbər verdiyimiz kimi, ötən gün “Apple” şirkəti öz yeni məhsullarını istifadəçilərə təqdim edib. Belə ki, yeni “Apple Watch” ağıllı saatları,” Airpods Pro” qulaqlıqları, “iPhone 14” telefonları təqdim edilib. Bu dəfə şirkət bir-birindən fərqli 4 telefon modelini istifadəçilərin ixtiyarına verib. Artıq yeni modellərin ABŞ bazarı üçün qiymətləri də bəllidir.

Bəs yeni “Apple” telefonları Azərbaycana nə vaxt gələcək və onların qiyməti necə olacaq?

“Apple” şirkətinin Azərbaycanda rəsmi texniki nümayəndəsi Asif İbrahimov qeyd edib ki, telefonlar artıq gələn həftənin sonundan ABŞ-da alıcılara təqdim olunacaq: “Bu modellərin sentyabrın sonu, oktyabrın əvvəllərində gəlməsi gözlənilir”.

Yeni modellərin Azərbaycanda satış qiymətlərinə gəldikdə isə “Apple” şirkətinin ölkədə rəsmi texniki nümayəndəsi bu barədə hələlik dəqiq məlumatın olmadığını bildirib. Amma hazırda Azərbaycanda satışda olan “iPhone” qiymətlərinin 2500-3300 manat arasında dəyişdiyini nəzərə alsaq, yeni gələcək modellərin bu məbləğlərdən də yuxarı qiymətə satılacağı istisna edilmir.

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər