5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Yeni “iPhone”lar SIM-kartsız işləyəcək

Yeni “iPhone 14” smartfonlarında SIM-kart yuvası olmayacaq.

Banker.az xəbər verir ki, məlumata görə, “Apple” ABŞ operatorlarına 2022-ci ilin sentyabrına qədər elektron SIM-kartlı smartfonları öyrəşməyi tövsiyə edib.

Vurğulanır ki, eSIM-ə keçid korpusda yeni komponentlər üçün yer boşaltmağa kömək edir. Bu həm də şirkətin keçmiş dizayneri Coni Ayvın danışdığı qüsursuz “iPhone” ideyasının reallaşdırır.

Bildiyimiz kimi, indi də bəzi “iPhone 13” modelləri nano-SIM olmadan satılır. İstifadəçilər, bir qayda olaraq, “iPhone”u yandırmaqla, Wi-Fi şəbəkəsinə qoşulmaqla və ekrandakı təlimatlara əməl etməklə mobil məlumat planını eSIM vasitəsilə aktivləşdirə bilərlər.

“Apple” bütün dünyada, o cümlədən Rusiyada qüsurlu “iPhone 12” smartfonlarını geri çağıracaq. “Appleinsider” nəşrinin məlumatına görə, Amerika şirkəti səs problemi olan cihazları geri qaytarmaq üçün müraciətləri qəbul etməyə başlayıb.

Son xəbərlər
Oxşar xəbərlər