19 C
Baku
Wednesday, May 22, 2024

Yeni ipoteka paketi nəyi dəyişəcək?

Müəllif: İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə

İpoteka qaydalarında dəyişiklik haqqında sənədlər və yeni ipoteka proqramı ilə bağlı layihə üzərində işlər artıq yekunlaşıb. Bu haqda Mərkəzi Bank (MB) açıqlama yayıb. Bankdan bildiriblər ki, ipoteka kreditindən daha asan və kütləvi şəkildə istifadə olunması üçün bir sıra radikal dəyişikliklər ediləcək. MB gənclərin köhnə mənzil fondu ilə yanaşı yeni tikililərdən ev almaq imkanlarının yaranacağına, bundan başqa ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişikliklər ediləcəyini vəd edir.

Azərbaycanda ipoteka şərtləri əlverişli olmadığından dəyişikliklərin edilməsinə ehtiyac var. Əvvəla, 20 %-lik ilkin ödəniş əhalinin gəlirlilik səviyyəsi ilə üst üstə düşmür: hal hazırda orta aylıq əməkhaqqısı 410 manata yaxındır, bu da hal hazırda mənzil bazarında olan evlərin qiymətinə qoyulacaq ilkin ödəniş üçün yığım imkanlarını xeyli məhdudlaşdırır. İkincisi, adi və sosial ipotekalara qoyulan faizlər yüksək olaraq qalmaqdadır: adi ipoteka 8 %, sosial isə 4 %-dir. Həmçinin sənədlərin sayının 18-yə çatması kreditin vaxtının uzanmasına təsir edir ki, qeyd edilən bu hallar heç də asan və kütləviliyə yol açmır. Əgər biz bu ipoteka şərtlərinin asandlaşmasını istəyiriksə faizləri dünya praktikasına uyğunlaşdırmalıyıq və adi ipoteka kreditlərinin 4%-ə, sosial kreditlərin isə 2%-ə düşməsi məqsədəuyğundur. Sənədlərin sayı azalmalıdır, çox təəssüf edici halıdır ki, bu məsələdə Azərbaycan dünyada birinci yerdədir.

MB-nin açıqlamasın açıqlamasına görə, bu qanun qəbul edildikdən sonra ipoteka kreditləri üzrə digər bir model – alman modeli tətbiq ediləcək:”Hazırda mövcud ipoteka modelinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Yeni modeldə isə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilməsi sistemi yaradılacaq”.

İpoteka alarkən ilkin ödəniş məbləğində dəyişiklikləri şərh edən iqtisadçı bildirib ki, “ Bu məsələ ilə bağlı “Mənzil Tikinti Banklarının yaradılması təklif olunmuşdur ki, buda çox müsbət haldır. Əgər bu bank yaransa ilkin ödənişi verə bilməyən subay və ailə gənclər bundan maksimum yararlana bilərlər, həmçinin bu tikinti sahəsinin inkişafına da təkan yaradacaq”.

İpoteka kreditləri ilə dövlət başçısının son sərəncamına əsasən sosial ipoteka kreditləriin ümumi məbləği 35 min manatdan 50 minə qaldırıldırılması ilə bağlı iqtisadçı bildirir ki, bu müsbət haldır, amma problemlər problem olaraq qalmaqdadır. Mənzil bazarındakı süni qiymət ilə əhalinin gəlirlilik səviyyəsinin uyğunsuzluğu qalmaqdadır. İlkin ödənişin çox olması, faizlərin yüksək olması gəncləri yenidən köhnə mənzillərə doğru istiqamətləndirəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər