12 C
Baku
Monday, November 25, 2024

Yeni işə başlayan işçi nələri bilməlidir?

Əmək bazarının daim təkmilləşməsi və dinamikliyi insanların mütəmadi olaraq iş yerlərini dəyişməsi ilə nəticələnir. Bir işçinin iş yerini dəyişməsi əlbəttə ki, heç də asan olmayan bir proses olmaqla yanaşı həm də müəyyən tərəddüdlərlə dolu bir mərhələdir.

Mövzu çərçivəsində onu da qeyd etmək mümkündür ki, işçinin yeni bir iş yerində işə başlaması onun yeni mühitə uyğunlaşması ilə yanaşı müəyyən məhrumiyyətlərlə də qarşılaşmasına səbəb ola bilir.

Bu səbəbdən də bu yazıda işçinin yeni bir iş yerində aşağıda qeyd edilənləri mütləq bilməsi zəruridir.

1) İşçi ilə əmək müqaviləsi bağlanarkən ondan şəxsiyyət vəsiqəsi, sosial sığorta şəhadətnaməsi (ilk dəfə işə başlayanlardan bu tələb edilmir), əmək kitabçası, fəaliyyəti sağlamlığı baxımından nəzərə alınmalı iş yerlərində tibbi arayış və təhsili barədə sənəddən başqa digər aidiyyatı olmayan sənədlər tələb edilə bilməz.

2) İşçi ilə bağlanmış müqavilədə mütləq hansı müddətə və ya müddətsiz bağlanması, işçinin əmək şəraiti (peşə, ixtisası, əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı (gross) və digər), işə başlama vaxtı, işləyəcəyi yer, məzuniyyətinin müddəti və sınaq müddəti (təhsil müəssisəsini bitirdiyi ildə ilk dəfə ixtisası üzrə işə başlayanlara tətbiq edilmir) tətbiq edilib-edilməyəcəyi kimi məsələlər mütləq göstərilməlidir.

3) İşçi ilə bağlanmış müqavilə hüquqi qüvvəyə minmədən, yəni elektron informasiya sisteminə daxil edilmədən ona hər hansı işlərin tapşırılması qadağandır.

4) İşçi ilə bağlanmış müqavilədə sınaq müddəti nəzərdə tutulubsa, işçi bilməlidir ki, bu müddət 3 aydan çox ola bilməz və bu müddət başa çatanadək müqavilə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə xitam edilə bilər.

5) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçinin attestasiyaya cəlb edilməsi yol verilməzdir.

6) Faktiki işlədiyi 1-ci ildə əmək müqaviləsinin bağlandığı vaxtdan altı ay sonra əmək məzuniyyəti hüququ yaranır.

7) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçi azı 2 təqvim həftəsi əvvəlcədən yazılı xəbərdar edilməklə, 2 həftənin sonunda isə orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti verilməklə ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən müqaviləsinə xitam verilir.

Blogu izləyərək daha ətraflı şəkildə bir çox yeni mövzulardan xəbərdar ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər