Həyatı əhəmiyyətə malik Suveyiş kanalının açılması ilə bağlı ümidlərin yüksəlməsi ardından birjalarda neftin qiyməti yenidən itki ilə üzləşir. May fyuçerslərində qiymətlər 64 dollardan aşağı düşüb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:10 radələrində Londonun ICE qitələrarası fond birjasında Brentin bir barreli 0.81 dollar, yaxud 1.25% ucuzlaşma ilə 63.76 dollar olub.
WTI markalı xam neft Nyu-Yorkun NYMEX əmtəə birjasında 0.97 dollar, yaxud 1.59% ucuzlaşma ilə 60.00 dollara qədər ucuzlaşıb.