12 C
Baku
Thursday, March 28, 2024

Yeni iş yerində bunları etməyin!

Hər yeni iş yeni perspektivlər, yeni imkanlar deməkdir.  Məhz bu perspektivlərdən də məhrum olmamaq üçün işə yeni başladıqda riayət etməli olduğunuz bəzi yazılmamış qanunlar var. Yeni kollektivdə davranışlarınızın necə qiymətləndirilməsi tək gündəlik rahatlığınıza deyil, karyera perspektivlərinizə də birbaşa təsir edir. Psixoloq Marina Derkaç bildirir: “Özünüzü ən mükəmməl mütəxəssis hesab etsəniz belə, ilk gündən bunu, necə ağıllı olduğunuzu hər kəsə sübut etməyə çalışmayın. Zamanla hər kəs bunu özü anlayacaq”. 

 Bu səbəbdən də sizə psixoloqların təklif etdiyi yeni iş yerində ilk vaxtlardan sahib olmalı olduğunuz davranışları  təqdim edirik.

Bəs yeni iş yerində nələri etməli deyilik:

Qorxmaq;

Gileylənmək;

Zarafatla incimək, acıqlanmaq,

Paxıllıq etmək,

Ümumi diqqəti üzərinə çəkməmək,

Kollektivdən kənarlaşmaq,

Öyünmək,

Əvvəlki iş yeriniz barədə pis şəkildə danışmaq,

Şəxsi həyatı müzakirə etmək.

 

Son xəbərlər
Digər xəbərlər