1 C
Baku
Saturday, December 14, 2024

Yeni işçiyə qarşı münasibət

Bir şəxs mütəxəssis və müdrik bir şəxsdən soruşur:

– Sizcə şirkətdə yeni işçiyə necə yanaşmaq lazımdır?

– Yaxşı sualdır, – deyə mütəxəssis cavab verir – Lakin sən əməkdaşları yoxsa müdirləri nəzərdə tutursan?

– Əməkdaşları.

Müdrik kişi cavab verir:

– Yeni işçi ailənin yeni üzvü kimidir. Axı sən yeni anadan olmuş uşaqdan onun özünü masanın arxasında mədəni aparmasını və yaxud səhərlər yuyunmasını gözləmirsən.

– Əlbəttə ki, yox.

Mütəxəssis:

– Yeni işçi də ailədə yeni anadan olmuş uşaq kimidir. Onu qaydalara öyrəşmək üçün vaxt vermək lazımdır və həmçinin ona bu qaydalara riayət etməyə öyrətməlisiniz. Əgər yeni işçidə iş mühitinə öyrəşmək və qaydalara riayət etmək pis alnırsa, deməli bunda o, yox, siz günahkarsınız.

– Bəs əgər müdir yenidirsə?

– Nə fərqi var?! – deyə mütəxəssis cavab verir.

– Siz çox müdrik insansınız! Təşəkkür edirəm!

Mütəxəssis və müdrik şəxs gülümsəyir və heç nə cavab vermir.

Son xəbərlər
Digər xəbərlər