Rezümeni düzgün şəkildə tərtib etdikdən sonra ən məsuliyyətli mərhələ – sizə uyğun gələn vakansiya üzrə iş müsahibəsi başlayır. Çətin vəziyyətə düşməmək üçün bir neçə vacib amil vardır ki, onlara xüsusi diqqət yetirmək lazımdır. Rezümeni düzgün şəkildə göndərdikdən və lazımı saytlarda yerləşdirdikdən sonra potensial işəgötürən ilə müsahibə zamanıdır. Əgər daxilən rahat olsanız, müsahibə də bir o qədər asan olacaq. Müsahibə zamanı həyəcan keçirməyin, bir faktı həmişə yadda saxlayın ki, bu hələ son deyil, qarşıda sizi hələ çox müsahibələr gözləyə bilər. Daxilinizdə özünüzə əmin olmalısınız ki, bu sahə üzrə əsl mütəxəssis özünüzsünüz. Gec ya tez, bu gün ya sabah iş tapacaqsınız, sadəcə doğru zamanı gözləmək lazımdır.
Müsahibə zamanı özünüz, yəni təbii olun. Heç kimi təqlid etməyin, aldatmayın və özünüz barədə yalan məlumat verməyin. Müəyyən səviyyədə olan insanlar yalanı daha yaxşı hiss edə bilirlər. Xüsusəndə kadrlar şöbəsinin əməkdaşları yalanı tez hiss edirlər. Çünki onlar hər gün müsahibələrdə iştirak edir və insanları tanımağı öyrəniblər. Bəlkə də həyəcandan canınızı qurtarmaq üçün çox sayda müsahibələrdən keçməli olacaqsınız, ta ki, buna öyrəşənə qədər. Bu artıq o andır ki, siz özünüzə və öz gücünüzə inanırsınız. Bu belədirsə, gələcək rəhbəriniz də sizə inanacaq. Beləliklə, daha çox müsahibələrdə iştirak edin, verilən suallara cavab verməyi məşq edin, əvvəlki iş yerinizdəki təcrübələriniz və özünüz barədə danışdıqlarınızı təkrar edin.
Və düşünün ki, yeni iş yerinizdə sizdən hansı nəticələr gözlənilir və hansı fəaliyyətlərlə bunu təmin edə bilərsiniz. Bu müsahibədə ən vacib sual və ən vacib cavabdır. Əgər siz uzun müddət iş tapa bilmirsinizsə, əgər sizi müsahibəyə çağırmırlarsa bu o deməkdir ki, artıq bu gündən etibarən iş axtarışlarını daha sərt şəkildə həyata keçirmək lazımdır. Gününüzün adi 8 saatını uyğun gələn vakansiyaların axtarılmasına, rezümenizi potensial işə götürənə uyğun şəkildə tərtib etməyə və uyğun hesab etdiyiniz vakansiyalara öz CV-nizi göndərməklə keçirməlisiniz.
Əks halda gündəlik məişət işlərinin bataqlığına düşə bilərsiniz: kiçik məişət qayğıları, naharın hazırlanması, evdə məqsədsiz ora-bura getmək və internetdə boşa zaman keçirmək. Bütün bunlar sizi əsas məqsədinizdən – daimi gəlir mənbəyi tapmaq və özünüzün, ailənizin yaşayışını təmin etmək fikirlərindən uzaqlaşdırır. Gün rejiminiz elə formada olmalıdır ki, sanki işə gedirsiniz. Belə, bu gündən etibarən bütün diqqəti iş axtarışına yönəldin. Qarşınıza gündə 1-2 müsahibədə iştirak etmək məqsədi qoyun. Yeni karyeranızda sizə uğurlar!