14 C
Baku
Saturday, November 23, 2024

Yeni istehsal olunan yerli avtomobilin alınması üçün güzəştdən imtina edənlər birdəfəlik ödəniş alacaq

Utilizasiyaya verilən avtomobilin sahibi yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş alacaq.

Bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-8-ci maddədə (Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqinin xüsusiyyətləri) əksini tapıb.

Layihəyə əsasən utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə utilizatorlar tərəfindən yalnız bir təsdiqedici sənəd verilir və güzəştin tətbiqi satın alınacaq yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin kateqoriyası üzrə məhdudlaşdırılmır. Təsdiqedici sənədə malik şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınması üçün güzəştin əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən daha az həcmdə birdəfəlik ödəniş ala bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər