Banker.az xəbər verir ki, Bitfinex (Honqkonq), Binance (Şanxay) və Bittrex (ABŞ) nəhəng kriptovalyuta birjaları kütləvi halda müştəri axını səbəbindən yeni hesabların qeydiyyatını dayandırıb.
Cointelegraph nəşrinin yazdığına görə, Bittrex və Bitfinex qeydiyyatı 2017-ci ilin sonunda, Binance isə 5 yanvarda dayandırıb. Birja nümayəndələrinin açıqlamasına görə, onlar çox sayda qeydiyyat müraciətlərinin “öhdəsindən gəlmək” üçün infrastrukturu mütləq olaraq yeniləməlidirlər.
Bununla yanaşı, Binance 8 yanvarda qismən də olsa qeydiyyatı bərpa edib. Belə ki, hər gün məhdud sayda yeni istifadəçi qeydiyyata alınacaq. Platformanın daha əvvəl verdiyi məlumatda qeyd olunurdu ki, hər gün birjada 250 min istifadəçi qeydiyyatdan keçir.
Bitfinex isə hesabların əlavə edilməsini 15 yanvarda bərpa edəcəyini vəd edib.