13 C
Baku
Saturday, November 23, 2024

Yeni ittifaq yaranır

Hindistan, Avstraliya Yaponiya Çinə qarşı birliyi gücləndirməyə qərar veriblər. Avstraliyanın baş naziri Entoni Albaneze Hindistana səfər edərək, baş nazir Narendra Modi ilə ikitərəfli əlaqələrin inkişafını müzakirə edib. Yaxın günlərdə Yaponiyanın baş naziri Fumio Kisidonun da Dehliyə səfəri planlaşdırılıb. Bu ölkələr ABŞ birlikdə QUAD adlı dördtərəfli dialoq formatı yaradıblar. Format Çinin bölgədə artan gücünə qarşıdır. Təşkilat mayın 24-də zirvə toplantısına hazırlaşır.

Hindistanla Avstraliya arasında sammitlər hər il keçirilir. Baş nazirlər görüşür və fikir mübadiləsi aparırlar. “Böyük iyirmilərin” (G20) hazırki sədri kimi Hindistan Avstraliya ilə hərbi əməkdaşlığı genişləndirməyi planlaşdırır. Avstraliyanın baş naziri Hindistanla əlaqələrin möhkəmlənəcəyinə ümidlidir: “Strateji tərəfdaşlığı gücləndirməliyik. Hərbi, iqtisadi və texnologiya sahələrində ortaq laiyəhələrin reallaşdırılmasına ehtiyac var”.

Hindistan kimi Avstraliya da ordusunu gücləndirir. Avstraliya “Boeing” şirkətindən 29 “Apache” markalı hərbi helikopter alınmasıyla bağlı müqavilə imzalayıb. Bu helikopterlər ən müasir avadanlıqlarla təchiz olunub. Avstraliya bundan başqa hərbi təyyarələri və gəmiləri üçün raketlər, tank və müxtəlif zirehli texnikalar da alıb. Avstraliya ABŞ və Böyük Britaniya ilə əməkdaşlıq çərçivəsində atom sualtı gəmilər istehsal etməyə başlayacaq. Bu əməkdaşlıq formatı isə ölkələrin baş hərflərinə uyğun olaraq AUKUS adlanır.

Bu arada, ABŞ Sakit və Hind okeanı bölgəsində hərbi gücünü artırıb. ABŞ bölgədəki müxtəlif tərəfdaşları ilə ikitərəfli və çoxtərəfli əsaslarda hərbi təlimlər keçirir. Son təlimlər Yaponiya sahillərində keçirilib. Çünki son vaxtlar Çin Rusiya ilə birgə Yaponiya sahillərinə yaxın ərazilərdə hərbi təlimlər keçirib. Bundan başqa Şimali Koreya Yaponiya sahillərinə yaxın ərazilərdə raket sınaqları keçirib. Bu Tokio və onun müttəfiqlərini ciddi narahat edib. Ona görə də bölgə ölkələri birgə hərbi təlimlər vasitəsilə Çin, Şimali Koreya və Rusiyaya ciddi mesaj göndəriblər.

“Pekin Çinə qarşı yaradılan siyasi və hərbi birliklərin uğursuzluğa düçar olacağı qənaətindədir”- deyə, bunu Elxan Şahinoğlu deyir. “Pekin bölgənin hərbiləşdirilməsinin əleyhinə çıxsa da, özü bölgədə hərbi gücünü artırıb, okeanlara yeni gəmilər buraxıb. Çinin hərbi gəmiləri Tayvan və Yaponiya sahillərinə yaxın ərazilərdə üzürlər. Bölgə ölkələrini Çinin bu il üçün hərbi büdcəsini 7 faiz artırması da narahat edib. Bu 225 milyard dollardır. Müqayisə üçün Hindistanın hərbi büdcəsi 73 milyard dollar, Avstraliyanın hərbi büdcəsi 48 milyard dolar, Yaponiyanın hərbi büdcəsi isə 51 milyard dollardır. Göründüyü kimi, Çinin hərbi büdcəsi bu ölkələrin birgə hərbi büdcəsinin tamamından çoxdur”.

Son xəbərlər
Digər xəbərlər