27 C
Baku
Wednesday, April 24, 2024

Yeni “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən” qanun müzakirə edilir

Fevralın 5-də Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi” – “Hesablama Palatası haqqında” Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Banker.az bu barədə Hesablama Palatasına istinadən məlumat yayır.

Müzakirə Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, Hesablama Palatasının əməkdaşları və media nümayəndələrinin iştirakı ilə açıq müzakirə şəraitində keçirilib.

Tədbirdə Hesablama Palatasının auditoru Firsənd Qurbanov giriş nitqi ilə çıxış etmiş, Hüquq və kadr məsələləri şöbəsinin müdiri Nəsir Sadıqov təqdimatla çıxış edərək Qanun layihəsi, onun hazırlanması zərurəti, yeniliklər barədə tədbir iştirakçılarına məlumat verilib.

Millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov Qanun layihəsi ilə bağlı fikirlərini bildirdikdən sonra müzakirələr keçirilmiş, səslənən fikirlər’ münasibət bildirilmiş və suallar cavablandırılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər