10 C
Baku
Wednesday, December 11, 2024

Yeni kamera və köhnə dizayn: iPhone 14-ün əsas xüsusiyyətləri açıqlanıb

“Bloomberg” agentliyinin jurnalisti Mark Qurman bildirib ki, iPhone 14 smartfonunun təqdimatına altı aydan az vaxt qalıb. O, yeni modelin bəzi xüsusiyyətlərini də bölüşüb.

Banker.az “Vc.ru”ya istinadən xəbər verir ki, görünüş baxımından iPhone 14 smartfonu köhnə iPhone 12 və iPhone 13-dən çox da fərqlənməyəcək. Qeyd olunur ki, şirkət Face ID funksiyasını və kameranı displey altına yalnız 2025-2026-cı illərdə inteqrasiya edə biləcək.

Bu dəfə “Apple” smartfonun “mini” versiyasından imtina edib – o, şirkətin istədiyi kimi nəticə verməyib. Digər modellərin ekranı daha böyük olacaq, ümumilikdə üç versiya təqdim ediləcək:

– 6.1 düymlük ekranlı iPhone 14

– 6.7 düymlük ekranlı iPhone Max

– 6.1 düymlük ekranlı iPhone 14 Pro

– 6.7 düymlük ekranlı iPhone Pro Max

iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində ilk dəfə olaraq genişbucaqlı 48 MP-lik kamera və A16 prosessoru quraşdırılacaq. Digər versiyalarda 12 MP-lik kamera və A15 prosessoru olacaq.

Son xəbərlər
Digər xəbərlər