3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Yeni kriptovalyuta dövriyyəyə buraxılır

Dekabrın 12-də yeni kriptovalyutanın paylanması (“airdrop”) baş tutacaq.

İstifadəçilər “Flare Network” layihəsi tərəfindən buraxılan SPARK (FLR) tokenlərini pulsuz ala biləcək.

Aksiyada “Ripple” tərəfindən buraxılan XRP koinlərinin sahibləri iştirak edə bilər. Onların sahibləri XRP ilə birə bir nisbətdə yeni FLR tokenlər alacaq. Bunun üçün sabah istifadəçi balanslarının görüntüsü alınacaq. XRP koinləri göstərilən tarixdən sonra əldə olunarsa, onlar “airdrop” çərçivəsində alınan sayılmayacaq.

Kriptovalyutanın bu cür paylanması bir çox birja tərəfindən dəstəklənib. Onların sırasında “Binance”, “Coinbase”, “OKEx”, “Kraken”, “KuCoin”, “Bitfinex” yer alıb. Tam siyahı “Flare Network”un rəsmi saytında dərc olunub.

Mənbə:Apa.az
Son xəbərlər
Oxşar xəbərlər