Bank Olmayan Kredit Təşkilatı “ForFinance” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı daha 40 faiz artırılıb.
Banker.az xəbər verir ki, iyunda Mərkəzi Bankdan lisenziya alan BOKT-nin kapitalı 1 milyon manatdan 1.4 milyon manata qaldırılıb.
BOKT hazırda mebel krediti, məişət krediti, faktorinq, lizinq, mobil telefon kreditləri, mikro-biznes kreditləri təklif edir.