22 C
Baku
Friday, April 26, 2024

Yeni tətbiq edilən məhdudiyyət “Qala Həyat”ın gəlirlərini kəskin azaldıb

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin cari ilin ilk 5 ayı ərzində sığorta haqlarından gəliri cəmi 5 milyon 12 min manat təşkil edib.

Banker.az bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu ilin yanvar-may aylarına olan hesabatına istinad edir.

Sığorta şirkəti 2018-ci ilin eyni dövründə 6 milyon 439 min manatlıq sığorta haqqı toplamışdı və bu da 22,2% azalma olması deməkdir.

“Qala Həyat”ın sığorta ödənişləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 68% azalmaqla cəmi 2 milyon 756 min manat təşkil edib.

Xatırladaq ki, “Qala Həyat” ASC-nin nizamnamə kapitalı 12 milyon 870 min manat olmaqla səhmlərinin 91,11%-i Azre Təkrarsığorta Şirkəti 8,89%-i isə Quna şirkətinə aiddir.

Həyat sığortasına 50% məhdudiyyət barədə XATIRLATMA

Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər