7 C
Baku
Sunday, January 29, 2023

Yeni məktəbli formaları bu qiymətə satılacaq

2022/2023-cü il tədris ilinin sonunda Azərbaycanda yeni məktəbli formaları tətbiq ediləcək.

Məsələ ilə bağlı AzTV-də yayımlanan süjetdə formaların ilkin qiymətləri ilə bağlı rəqəm səsləndirilib. Qeyd edilib ki, yeni formaların region və bölgələr üzrə rəng, material və modellərə görə fərqlənməsi təklif olunur.

Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva yeni məktəbli formalarının ilkin qiymətlərini açıqlayıb: “İkili məktəbli formalarının qiyməti 30 AZN-ə yaxın olacaq, Üçlü və dördlü dəst olacaqsa, qiymət 55-65 manat arasında dəyişəcək”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər
X