31 C
Baku
Wednesday, July 24, 2024

Yeni medalların təsis edilməsi barədə layihə birinci oxunuşda qəbul olunub

Azərbaycanda yeni medallar təsis edilir.

Bununla bağlı layihə Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Toplantıda deputatlar “Prokurorluq orqanlarında qulluqda fərqlənməyə görə” və “Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda müzakirə ediblər.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər