10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Yeni MilliÖN Regional Xidmət Mərkəzinin açılışı oldu!

®İstifadəçilərinə yüksək keyfiyyət standartlarına uyğun, təhlükəsiz xidmət göstərmək istiqamətində daima səy göstərən MilliÖN ödəniş sistemindən daha bir şad xəbər!

24 dekabr tarixində Naxçıvan Muxtar Respublikasında MilliÖN Regional Xidmət Mərkəzinin açılış mərasimi baş tutdu. Sayca 4-cü olan MilliÖN Regional Xidmət Mərkəzinin açılması ilə MilliÖN ödəniş terminalları artıq Naxçıvan və Qarabağ inzibati regionları da daxil olmaqla bütün Azərbaycan ərazisi üzrə müştərilər üçün əlçətan oldu.  MilliÖN terminal şəbəkəsinin operatoru olan “Komtec LTD” MMC-nin icraçı direktoru Pünhan Nərimanov məsələ ilə bağlı fikir bildirərək bundan sonra da ödəniş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirdi. 

Elektron ödəniş sistemləri bazarında lider olan MilliÖN terminal şəbəkəsinin operatoru “Komtec LTD” MMC əhaliyə müxtəlif sahələrdə (mobil operatorlar, internet provayderlər, kabel televiziyası, şəhər telefonları, kommunal ödənişlər, bank xidmətləri, sığorta xidmətləri, əyləncə, agent şəbəkəsi və.s) rahat və etibarlı yolla ən qısa vaxt ərzində ödəniş imkanı təklif edir.

Ödəniş terminalları, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan “MilliÖN” ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 zəng mərkəzindən əldə edə bilərsiniz.

Son xəbərlər
Oxşar xəbərlər