3 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Yeni nəsil “Apple Watch” qlükometr funksiyasını dəstəkləyə bilər

“Apple” korporasiyası yeni nəsil “ağıllı” saatlarda şəkəri, təzyiqi və alkoqolun miqdarını ölmək funksiyalarını əlavə etmək niyyətindədir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Böyük Britaniyanın “Rockley Photonics” startapının verdiyi məlumata görə, iki il ərzində şirkət “Apple” ilə birlikdə qanda qlükozanın miqdarını, təzyiqi və alkoqol səviyyəsini ölçən datçiklər yaradıb.

İstifadəçilərin sağlamlığını izləmək üçün yaradılan bu funksiyalar yeni nəsil “Apple Watch”da əlçatan olacağı gözlənilir. Əgər şirkət saatlarında qeyri-invaziv qan analizi texnologiyasını tətbiq edə bilsə, “Watch” cihazları bu cür funksionallığı olan ilk kütləvi elektronika olacaq.

Xatırladaq ki, hələ 2018-ci ildə çıxmış “Apple Watch Series 4” elektrokardioqram funksiyasını dəstəkləyir, keçən il təqdim olunmuş “Apple Watch Series 6” isə qanda oksigen səviyyəsini ölçür. Daha əvvəl “Samsung” şirkəti “Galaxy Watch 3” və “Galaxy Watch Active 2” saat modellərinə iki yeni funksiya əlavə edib – təzyiqin ölçülməsi və elektrokardioqram.

Son xəbərlər
Oxşar xəbərlər