26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Yeni nəsil “BMW 5-series” avtomobilinin görüntüləri təqdim edildi

Screen Shot 2021 09 02 at 14.34.20

Sosial şəbəkələrdə yeni nəsil “BMW 5-series” avtomobilinin görüntüləri təqdim edilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, şirkət “5-series” modellərini 1972-ci ildən bəri istehsal edir və o vaxtdan bəri bir neçə nəsil dəyişib. Cari, yeddinci nəsil avtomobilin istehsalına 2017-ci ildə başlanılsa da, hal-hazırda brend səkkizinci nəsli inkişaf etdirir.

NB5SR 004

Yeni “BMW 5-series” avtomobilinin 2024-cü ildə satışa çıxarılacağı güman edilir. Çox güman ki, avtomobilin görünüşü ciddi şəkildə dəyişəcək, avadanlıq siyahısı isə əhəmiyyətli dərəcədə genişlənəcək. Modelin necə görünəcəyi barədə rəsmi məlumat hələ yoxdur.

NB5SR 003

Sedanın texniki xüsusiyyətlə haqqında da rəsmi məlumat yoxdur. Lakin onun üçüncü səviyyə avtopilot olacağı ehtimal olunur. Eyni zamanda hibrid və tamamilə elektrikli versiyaların mövcud olacağı gözlənilir.

NB5SR 002

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər