10 C
Baku
Friday, October 25, 2024

Yeni nəsil Xiaomi 14 smartfonları təqdim edilib – Qiymətlər

“Xiaomi” şirkəti yeni nəsil “Xiaomi 14” smartfonlarını təqdim edib. “Xiaomi 14” və “Xiaomi 14 Pro” modellərinin özəlliyi prosessor və displeydir. Bundan əlavə, cihazlar Snapdragon 8 Gen 3 çipi ilə təchiz edilmiş ilk smartfonlar olub.

Xiaomi 14

sm.ff155b10a1fdb8177d05eb5fc282bde5.800

“Pro” versiyası Allaround Liquid Display texnologiyalı 6.7 düymlük WQHD+ displeyinə malikdir, burada ekran daimi əyriliyi təmin etmək üçün dörd tərəfdən və künclərdə bir qədər aşağı əyilir. Cihaz həmçinin sələfi ilə müqayisədə artan möhkəmliyə malik yeni nəsil keramik qoruyucu şüşə alıb.

sm.Xiaomi 14 camera

sm.Xiaomi 14 IP68

Hər iki smartfon dörd mikrofon və Dolby Atmos dəstəkləyən stereodinamiklərlə təchiz olunub. “Xiaomi 14” modeli ağ, qara və yaşıl, “Xiaomi 14 Pro” isə ağ qara, yaşıl və çəhrayı rənglərdə mövcuddur.

Xiaomi 14 Pink 1

Yeniliklər 5G SA/NSA, Dual 4G VoLTE, Wi-Fi 7 802.11be, Bluetooth 5.3, GPS (L1 + L5), NavIC və NFC texnologiyalarını dəstəkləyir.

Cihazlar Xiaomi HyperOS əməliyyat sistemi üzərində işləyəcək. Yeni əməliyyat sistemi “Xiaomi” şirkətinin smartfonlarında, ağıllı ev cihazlarında və avtomobillərində görünəcək. Çində qiymətlər aşağıdakı kimidir:

“Xiaomi 14” qiymətləri: 8/256 Gb – 3999 yuan ($545); 12/256 Gb – 4299 yuan ($585); 16/512 Gb – 4599 yuan ($625); 16/1 Tb – 4999 yuan ($680).

“Xiaomi 14 Pro” qiymətləri: 12/256 Gb – 4999 yuan ($680); 16/512 Gb – 5499 yuan ($750); 16/ 1 Tb – 5999 yuan ($820). Cihazları hələki yalnız Çində sifariş etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər