13 C
Baku
Wednesday, November 26, 2025

Yeni nəsil hidrogen mühərriki hazırlanıb

“Toyota Motor” korporasiyası yeni yanacaq elementləri sisteminin hazırlandığını elan edib.

Şirkətin öz təsnifatına görə, bu sistem üçüncü nəslə aiddir. Yeni enerji qurğuları yük və sərnişin daşımaları üçün, həmçinin stasionar elektrik generatorları kimi istifadə üçün nəzərdə tutulub. İstehsalçının bildirdiyinə görə, bu sistem əvvəlkiləri hər cəhətdən üstələyir.

Yeni hidrogen sistemi 19 fevralda Tokioda keçiriləcək H2 & FC EXPO sərgisində tam olaraq təqdim olunacaq. Artıq məlumdur ki, bu sistem yük maşınlarında, minik avtomobillərində, həmçinin gəmilərdə və dəmir yolu nəqliyyatında istifadə ediləcək.

Son xəbərlər
Digər xəbərlər