Yeni nəsil kassa aparatları 20 milyarda yaxın dövriyyəni qeydə alıb

Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 94.818 ədəd yeni nəsil NKA quraşdırılıb.

Banker.az xəbər verir ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19 milyard 771,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyard manat, yaxud 14 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər