Dövlət Vergi Xidməti ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində görülən işlərlə bağlı hesabatı təqdim edib.
Banker.az hesabata istinadən xəbər verir ki, hazırda ölkə üzrə tətbiq olunan onlayn NKA-ların sayı 85 mindən çoxdur.
2022-ci il ərzində yeni nəsil kassalar vasitəsilə qeydə alınan dövriyyə 19.5 milyard manatdan artıq olub ki, bu da 2021-ci illə müqayisədə 26.6% çoxdur.