13 C
Baku
Friday, November 22, 2024

Yeni nəsil nəzarət-kassa aparatını (E-kassa) necə əldə etmək olar?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən yeni nəsil nəzarət-kassa aparatını (E-kassa) əldə etməyin ardıcıllığını təqdim edir:

  1. Pul hesablaşmalarını e-kassa ilə həyata keçirməli olan vergi ödəyicisi qeydiyyatdan keçmiş e-kassa operatoruna müvafiq sənədlər təqdim etməklə müraciət etməlidir.
  2. Vergi ödəyicisinin sənədləri e-kassa operatoru tərəfindən yoxlanıldıqdan sonra tərəflər arasında müqavilə imzalanır və bu müqavilənin əsasında e-kassanın uçota alınması üçün e-kassa operatoru tərəfindən qanunvericiliklə müəyyən edilən prosedurlar həyata keçirilir.
  3. E-kassa operatoru tərəfindən e-kassa vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) quraşdırılır.
  4. E-kassa vergi ödəyicisi tərəfindən elektron kabinet vasitəsilə e-kassanın qəbul aktı təsdiq olunduqdan sonra aktivləşdirilir.

Qeyd: Həm dövlət reyestrinə daxil edilmiş e-kassalar, həm də qeydiyyata alınmış e-kassa operatorları barədə məlumatları www.e-kassa.gov.az portalının “Reyestrə salınmış e-kassaların siyahısı” və “E-kassa operatorları və kassaların stoku” alt menyularından əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər