Bu gündən başlayaraq Azərbaycanda quraşdırılan, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəlikləri ilə əvəzləşdiriləcək.
Bu məsələ bu gün qüvvəyə minən “Vergi Məcəlləsi”nə edilən yeni dəyişikliklərdə öz əksini tapıb.
Sənəddə deyilir ki, bir neçə halda nəzarət-kassa aparatlarının quraşdırılma xərcləri vergi öhdəliklərindən çıxılmayacaq. Belə ki, nəzarət-kassa aparatı 1 yanvar 2019-cu il tarixinə qədər quraşdırıldıqda, həmin tarixdən sonra quraşdırıldıqda, lakin Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab vermədikdə, həmin meyarlara cavab verdikdə, lakin əvvəllər istifadədə olan nəzarət-kassa aparatını əvəzləmədikdə yeni qaydalar qüvvəyə minmir
Report