16 C
Baku
Friday, September 27, 2024

Yeni nəzarət-kassa aparatlarının tətbiqi tezləşdiriləcək

Yeni nəsil nəzarət-kassa aparatları sınaq rejimində bir sıra yanacaqdoldurma məntəqələrində və ticarət obyektlərində quraşdırılıb.

 Bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov bildirib ki, həm sahibkarların, həm də vətəndaşların bu qurğulara marağını nəzərə alaraq onların tətbiqi sürətləndiriləcək:

“Sahibkarların bu kassa aparatlarını necə əldə edə biləcəyini demək hələ çətindir. Bununla bağlı müxtəlif yanaşmalar var və hələ qərar qəbul olunmayıb.

Qeyd edək ki, ötən həftə Nazirlər Kabineti “Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiq edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər