Yeni nazirin təyinatından sonra aparat rəhbərlərinin maaşları artırıldı – SİYAHI

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Aparatı üzrə vəzifə maaşları barədə məlumat verilib. Məlumata görə, məbləğ dövlət qulluğu üzrə staja görə əlavələr, dövlət qulluçusunun səlahiyyət əlavələri, ixtisas dərəcəsinə görə əlavələr və s. daxil deyil.

Banker.az-ın əldə etdiyi məlumata görə, əsas vəzifə olan aparat rəhbərlərinin maaşları 100 manat artılalaraq 1 110 manat və aparat rəhbərinin müavinn maaşları 95 manat artırlaraq  1 035 manat olub. Bundan əlavə, yeni nazir Sahil Babayevin vəzifəsinə keçdikdən sonra nazirlərin müşavirləri vəzifəsini yaradıb və maaşları 805 manat təyin edilib. Qeyd edək ki müşavirlərlə eyni olaraq köməkçilərin maaşı da 805 manatdır. Lakin, öncələr bu rəqəm 730 manat idi.

Hazırda nazirlikdə ən aşağı maaşı yardımçı 3-cü təsnifat olan mütəxəssislərin maaşdır. Belə ki, bundan əvvəl 200 manat alan mütəxəssislər bundan sonra nazirlikdə 220 manat maaş alacaqlar.

Qeyd edək ki, hər bir işçinin maaşı 10% artırılıb.

Vəzifələrin adıVəzifələrin təsnifatıVəzifə maaşı 

(manatla) 

Aparat rəhbəriİnzibati vəzifələrin 3-cü təsnifatı1110
Aparat rəhbərinin müaviniİnzibati vəzifələrin 3-cü təsnifatı1035
Nazirin müşaviriİnzibati vəzifələrin 4-cü təsnifatı805
Nazirin köməkçisiİnzibati vəzifələrin 4-cü təsnifatı805
Təminedici şöbənin müdiriİnzibati vəzifələrin 4-cü təsnifatı980
Təminedici şöbənin müdir müaviniİnzibati vəzifələrin 4-cü təsnifatı845
Yardımçı şöbənin müdiriİnzibati vəzifələrin 4-cü təsnifatı860
Yardımçı şöbənin müdir müaviniİnzibati vəzifələrin 4-cü təsnifatı805
Sektor müdirİnzibati vəzifələrin 5-ci təsnifatı680
Baş məsləhətçiİnzibati vəzifələrin 5-ci təsnifatı595
Böyük məsləhətçiİnzibati vəzifələrin 5-ci təsnifatı585
Aparıcı məsləhətçiİnzibati vəzifələrin 5-ci təsnifatı570
Məsləhətçiİnzibati vəzifələrin 5-ci təsnifatı560
Baş mütəxəssisYardımçı 3-cü təsnifatı240
Böyük mütəxəssisYardımçı 3-cü təsnifatı230
Aparıcı mütəxəssisYardımçı 3-cü təsnifatı225
MütəxəssisYardımçı 3-cü təsnifatı220