-3 C
Baku
Sunday, December 15, 2024

Yeni Nothing Phone (2) smartfonu təqdim edilib – Video

“OnePlus”ın həmtəsisçisi Karl Pei tərəfindən yaradılan “Nothing” brendi yeni Nothing Phone (2) smartfonunu təqdim edib. Nothing Phone (2) şəffaf korpusda, ağ və qara rənglərində təqdim edilib. Smartfon Android 13 əməliyyat sistemi üzərində qurulub və qiyməti 599 avrodan başlayır.

Yenilik flaqman Snapdragon 8+ Gen 1 prosessoru, 8 və ya 12 GB operativ yaddaş, 128 və 256 GB daxili yaddaş, 6.7 düymlük OLED displey, 4700 mAh tutumlu batareya alıb.

Nothing Phone (2) smartfonunun dizaynı demək olar ki, eyni qalıb. Smartfon əsasən təkrar emal olunmuş materiallardan – alüminiumdan hazırlanıb. Xatırladaq ki, ilk Nothing smartfonu – Nothing Phone (1) 2022-ci ilin iyulunda təqdim edilib.

Son xəbərlər
Digər xəbərlər