32 C
Baku
Sunday, July 13, 2025

Yeni növ koronavirus nefti ucuzlaşdırmaqdadır – Tələb təzyiq altında

Yeni koronavirus variantının yayılmasından sonra səyahətlərə qoyulan məhdudiyyətlər fonunda yanacaq istehlakına olan tələbi hələ də təzyiq altında saxlamaqdadır. Bu da təbii olaraq dünya birjalarında neftin son 2 həftədə nail olduğu yüksəlişini 2 gün ərzində əvvəlki vaxtına qaytarır.

Brent nefti fevral fyuçerslərində London qitələrarası fond birjasında 0.71 dollar (1.42%) ucuzlaşmaqla 49.37 dollar/barrelə düşüb. Brent nefti 18 dekabrda 52.26 dollar/barrelə qədər yüksəlməsini nəzərə alsaq bu son dörd iş günü ərzində 2.89 dollar (5.5%) ucuzlaşma olması deməkdir.

tanker oil
Neft tankeri

Nyu-York birjasında WTI markalı neft yanvar fyuçersində 0.68 dollar ( 1.45%) ucuzlaşıb.

Yeni COVID-19 epidemiyasının Böyük Britaniya elan edilmiş sərt karantin rejiminin bənzəri Fransa, İsveçrə və Almaniyada da elan edilməsi mümkündür. Dünyada 40-dan çox ölkə Böyük Britaniya ilə izoliyasiya səbəbindən uçuşları dayandırır.

Mutasiya olunmuş koronavirusun Yeni il öncəsi isə karnavalların təxirə salınması ehtimalını artırır. Böyük Britaniyanın Baş nazir Boris Cohnson şənbə günü milyonlarla insan üçün Miladda planlaşdırılan bəzi şənliklərdən imtina edərək, bölgələr üzrə yeni dördüncü səviyyəli karanatin tətbiq ediləcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər