27 C
Baku
Bazar, May 29, 2022

Yeni Omikron variantı: Nə dərəcədə narahat olmalıyıq?

Omikronun alt variantı BA.2 ilə bağlı araşdırmalar davam edir. 57 ölkədə aşkar edilən BA.2-nin Omikrondan daha yoluxucu olduğu müəyyən edilib. Bəs BA.2 haqqında nələr bilirik?

Yüksək yoluxuculuq qabiliyyətinə sahib olan Omikron variantı hazırda dünyadakı COVID infeksiyalarının yarısını təşkil edir.

Ancaq Omikron koronavirusun bəzi bir-birilə yaxından əlaqəli növləri üçün istifadə olunan ümumi bir termindir və ən çox rast gəlinən Omikron alt variantı isə BA.1-dir.

İndi daha çox ölkə, xüsusilə Asiya və Avropa ölkələri BA.2 səbəbindən yoluxma hallarının artdığını bildirdi. BA.2 digər alt variantlara görə daha yoluxucu kimi görünsə də, indiyədək ağır bir xəstəliyə səbəb olduğuna dair heç bir sübut yoxdur.

Bəs bu varianta görə nə dərəcədə narahat olmalıyıq? Yeni Omikron variantı haqqında bilinənlər budur:

Viruslar mutasiyaya uğrayıb yeni variantlar ortaya çıxarkən bəzən alt növlərə ayrıla bilirlər. Məsələn, Delta variantının 200 fərqli alt variantı var.

Eynisi Omikronda da göründü. Bunlar arasında BA.1, BA.2, BA.3 və B.1.1.529. var. Yoluxmaların böyük əksəriyyətinə yol açan BA.1 Omikron variantıdır.

Ümumdünya Səhiyyə Təşkilatına görə (WHO) 25 yanvar etibarilə GISAID məlumat bazasına göndərilən nümunələrin təqribən 99%-i bu alt variantdır.

BA.1 və BA.2 oxşar olmaqla yanaşı, aralarında 20 mutasiya fərqi var. BA.2-nin harada ortaya çıxdığı bəlli deyil, ancaq ilk olaraq Filippində aşkarlanıb.

BA.2 haralarda yayılır?

WHO bu Omikron alt variantının 57 ölkədə aşkar olunduğunu bildirib. Təşkilat bəzi ölkələrdə genetik strukturu təhlil edilən virusların yarısından çoxunun BA.2 olduğunu da əlavə edib.

Bəzi yerlərdə qeydə alınan alt variant yolxuma hallarında kəskin artım oldu. Danimarka Statens Serum İnstitutuna (SSI) görə BA.2 infeksiyaları yanvar ayında qeydə alınan COVID hallarının təxminən yarısını təşkil edir.

Molekulyar Biologiya Bijaya Dahakal da Hindistanda BA.2-nin sürətlə Delta və BA.1 variantlarının yerini aldığını bildirib. İndidən bəzi əyalətlərdə bu alt variant hakimdir və böyük ehtimalla ölkədəki üçüncü dalğanın arxasındakı hərəkətverici güc olub.

Filippin Səhiyyə Nazirliyi BA.2 alt variantının yanvar ayının sonunda toplanmış nümunələrdə daha çox görüldüyü bildirib. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Qurumuna (UKHSA) görə İngiltərədə də bu vaxtadak 1 000-dən çox BA.2 yoluxma halı təsdiq edilib.

İngiltərədə BA.2 “müşahidə altndakı variant” statatuna alınıb. Bu da bu alt variantın izlənəcəyi, ancaq ifrat narahatlıq duyulmadığı anlamına gəlir.

UKSHA-nın COVID direktoru Dr. Mira Çanda görə BA.2 Almaniyada da Delta və BA.1-dən daha sürətlə böyüyür.

BA.2 daha çox yoluxucudur?

Danimarkada SSI-nin 8 500 ev və 18 min şəxs üzərində apardığı araşdırmada BA.2-nin BA.1 ilə müqayisədə “önəmli ölçüdə” daha çox yoluxucu olduğu nəticəsinə gəlinib.

Araşdırmada BA.2 alt variantının vaksinlərdən daha yaxşı qaça bildiyinə dair bəzi sübutlar da əldə edilib. Ancaq yenə də vaksin olunanlarn bu varianta yoluxma və başqalarına yoluxdurma riski vaksin olunmayanlara nisbətən daha azdır.

İngiltərədə aparılan bir araşdırmada da BA.2-nin daha yoluxucu olduğu nəticəsinə gəlinib. Ancaq ilk qiymətləndirmələrdə hər iki alt variantda da vaksinlərin simptomatik COVID-ə qarşı daha az təsiri olduğuna dair bir sübuta rast gəlinməyib.

BA.2 daha çox təhlükəlidirmi?

BA.2-nin digər Omikron alt variantlarına nisbətən daha ağır xəstəliyə yol açdığına işarə edən bir məlumat yoxdur. WHO-dan Dr. Boris Pavlin “BA.2-nin hakim olmağa başladığı digər ölkələrə baxdıqda xəstəxanaya yerləşdirilənlərin sayında gözlədiyimiz səviyyədə bir artımla qarşılaşmadıq” deyib.

UCL Genetika İnstitutunun direktoru prof. Fransua Balloux BA.1 və BA.2-nin epidemioloji cəhətdən Omikronun böyük ölçüdə oxşar alt variantları olduğunu deyib.

Mütəxəssislər digər variantlarda olduğu kimi vaksinlərin ağır xəstəliklərə və xəstəxanaya yerləşdirilməyə qarşı yüksək dərəcədə təsirli olduğuna inanırlar. Dr. Chand ” Bu vaxtadək BA.2-nin BA.1 ilə müqayisədə daha ağır xəstəliyə yol açıb açmadığını müəyyən etmək üçün sübutlar yetərli qədər deyil” deyib. O, həmçinin ehtiyatlı olmağı, peyvənd olunmağı, müntəzəm olaraq sürətli antikor testləri verməyi, simptom aşkarlanarsa PCR testi də verməyi tövsiyə edib.

 

Son xəbərlər
Oxşar xəbərlər