Yeni onlayn sığorta platforması olan Dostsigorta.az-da qeydiyyat başlayıb.
Bu barədə saytın rəhbəri, sığorta mütəxəssisi Nicat Əlibəyli məlumat verib. O, bildirib ki, Dostsigorta.az saytının tam şəkildə istifadəyə verilməsinə sayılı günlər qalsa da, vətəndaşlar artıq sayta daxil olub qeydiyyatdan keçə bilərlər:
“Qeydiyyat çox qısa müddətdir ki, başlayıb, lakin artıq 200-dən çox vətəndaş saytımıza daxil olaraq qeydiyyatdan keçib. Bu, çox sevindirici haldır. Məqsədimiz də elə vətəndaşlarımızla sığorta şirkətləri arasında dostluğu, mehribanlığı təmin etmək və ən əsası sığortaya inam hissini artırmaqdır”.
Saytda qeydiyyatdan keçən vətəndaşların yaxın zamanda saytın digər xidmətlərindən də yararlana biləcəyini vuğulayan Nicat Əlibəyli növbəti mərhələdə daha iki xidmətin-Səyahət sığortası və Daşınmaz əmlakın icbari sığortasının da onlayn qaydada satışının mümkün olacağını bildirib.
Qeyd edək ki, Dostsigorta.az saytında qeydiyyatdan keçənlər artıq heç kimə müraciət etmədən tezliklə çox rahat şəkildə öz avtomobillərini onlayn qaydada sığortalaya biləcəklər.
Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə keçid edin: