28 C
Baku
Wednesday, June 26, 2024

Yeni “Pixel 7” və “Pixel 7 Pro” təqdim olunub – Qiymətlər

Gözlənildiyi kimi, oktyabrın 6-sı “Made by Google 2022” tədbiri baş tutub və bu tədbir zamanı İT nəhəngi yeni cihazları təqdim edib. Digər şeylərlə yanaşı, geniş ictimaiyyətə Tensor G2 aparat platforması əsasında şirkətin yeni smartfonları olan Pixel 7 və Pixel 7 Pro təqdim edilib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, bu gün Pixel 7 Pro ən qabaqcıl smartfon sayılır. O, 6.7 düymlük AMOLED displey, 10.8 MP-lik ön və 48 MP+12MP-lik arxa kamera alıb. Smartfon həm də 4K rejimini dəstəkləyir.

1282

Pixel 7 pro camera2 scaled 1

1283

Pixel 7 modeli 6.3 düymlük OLED-displey, 10.8 MP-lik və 50 MP+12 MP-lik arxa kamera alıb. Smartfonun batareyasının tutumu 5000 mAh təşkil edir. Hər iki cihazda USB Type-C  istifadə olunur.

Həm Pixel 7, həm Pixel 7 Pro smartfonları Android 13 əməliyyat sistemi ilə işləyir. Pixel 7-nin qiyməti 600 dollardan, Pixel 7 Pro-nun qiyməti isə 900 dollardan başlayır. Hər iki smartfonun satışı 13 oktyabrda başlayır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər