Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədov hökumətin yeni tərkibini təsdiqləyib.
S.Berdiməhəmmədov ölkə konstitusiyasına uyğun olaraq andiçmə mərasimindən sonra istefa vermiş Nazirlər Kabineti sədrinin müavinlərini bərpa edərək yeni hökuməti formalaşdırıb.
Qeyd edək ki, Sərdar Berdiməhəmmədovun andiçmə mərasimi martın 20-də Aşqabadda baş tutub. O, ölkənin bütün dünya dövlətləri ilə mehriban qonşuluq, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan neytrallıq siyasətini davam etdirəcəyinə söz verib.