Prezident İlham Əliyev “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişiklikləri təsdiq edib. Bu gün cənab Prezident həmçinin Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Qanuna dəyişiklik və yerli istehsalın təşkili hansı dərmanların ucuzlaşmasına səbəb olacaq?
Banker.az xəbər verir ki, iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, Qanuna edilən dəyişiklik bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşdırılması və qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədi daşıyır. Ötən illərə nəzər salsaq, müxtəlif dərman vasitələrini eyni əmtəə nişanı adı altında qeydiyyata alındığı və satışının həyata keçirildiyini görərik. Bu da həm qeydiyyatda, həm də satışda müəyyən nizamsızlığın yaranmasına səbəb olurdu.
Bu baxımdan da məqsəd bu sahədə vəziyyətin vətəndaşların hüquqlarının qorunması baxımından nəzarətə götürülməsindən ibarətdir. Qanun dəyişikliyi dərman preparatlarının satışı sahəsində daha keyfiyyətli məhsulların satıcılara təklif olunmasına imkan yaradacaq. Dərman preparatlarının qiymətləri də dövlət tərəfindən tənzimləndiyi üçün bu qərar təbii ki, qiymətə də təsir edəcək. Bır sıra dərman məhsulların real qiymətləri ucuzlaşa bilər.
Ölkədə dərman idxal edən təşkilatların gətirdikləri dərman preparatlarının sənədləşdirilməsi, qeydiyyatdan keçirilməsi, lisenziyalaşdırmanın sadələşdirilməsinə xidmət edən bu dəyişiklik bəlli bir müddətdən sonra həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərəcək. Yerli istehsalın təşkili və genişləndirilməsi isə bu strateji hədəfləri daha da gücləndirəcək.
Tüm ifadeler:
33