7 C
Baku
Thursday, December 12, 2024

Yeni qaydadan sonra bankların AMB-dəki “passiv” qalmış depozitləri ₼3 milyarda çatır

Azərbaycan Mərkəzi Bankının məcburi ehtiyat normalarındakı sərtləşdirmə ardından məcburi ehtiyatların həcmi 3 milyard manata yaxınlaşıb.

Banker.az xəbər verir ki, bu barədə AMB-nin 2023-cü ilin sentyabrın 1-ə olan məlumatda bildirilir.

Belə ki, həmin tarixə məcburi ehtiyatların həcmi 2 milyard 784.4 milyon manata yüksəlib. Bu da indiyə qədər qeydə alınan ən iri həcmdir.

Bu kəskin artım AMB-nin iyuldan tətbiq etdiyi yeni differensiyal ehtiyat normalarından sonra gəlir.

Buna qədər məcburi ehtiyatların həcmi 1 iyulda 2 mlrd. 199.1 mln. manat və 1 yanvarda 1 mlrd. 389.2 mln. manat idi.

Mərkəzi Bank antiinflyasiya tədbiri olaraq ötən ilin iyulundan məcburi ehtiyat normaların faizlərini qaldırıb. Belə ki, həmin müddətə qədər fiziki şəxslər üçün milli valyutada 0.5%-lik və xarici valyutada isə 1% norma tətbiq edilirdi və bu ötən ilin ikinci yarısından müvafiq olaraq 4% və 5%-ə qaldırıldı. Cari ilin ikinci yarısından isə qaydalar dəyişib. Məsələn, milli valyutada olan depozitlərin həcmi 1 mlrd. manatdan aşağı olduqda 5%, onun üzərində olduqda isə 10% norma tətbiq edilir. Bu xarici valyutada müvafiq olaraq 6% və 12% tətbiq edilir.

Eyni qayda hüquqi şəxslərdə də tətbiq edilib. Milli valyutada 0.5%-dən 1 mlrd. manata qədərinə 5%-ə, 1 mlrd. üzərində olduqda 10%-ə qədər yüksəltmiş olub.

Məcburi ehtiyat normasını o deməkdir ki, fiziki və hüquqi şəxslərin banklardakı depozitlərin müəyyən olunmuş normalar üzrə Mərkəzi Bankda saxlayır. Məsələn, bir bankda fiziki şəxslrəin 1.2 mlrd. manat depoziti olarsa bunun 120 milyon manatı məcburi ehtiyat kimi AMB-də saxlanılır. Banklar cəlb edilmiş bu vəsaitləri kredit və ya hansısa investisiya alətininə yönəldə bilmir, bu hissəsi Mərkəzi Bankda pssiv qalır. Bununla da kreditləşmə bahalaşır, nəticə etibarı ilə antiinflyasiyaya tədbirinin və uçot faiz dərəcəsinin effektivliyini yüksəldir. Lakin, hələ ki cari şəraitdə uçot faiz dərəcəsinə və bankların kredit faizlərinə güclü effekti olmayıb.

Son xəbərlər
Digər xəbərlər