8 C
Baku
Thursday, December 12, 2024

Yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb

Azərbaycanda yeni radionun açılması üçün müsabiqəyə sənəd verən şirkətlərin sayı artıb.

Bu barədə cavab olaraq Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) məlumat verilib.

Bildirilib ki, Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşеrоn yarımadası ərazilərində ümumrespublika radio yayımı üzrə 107,0 MHz işçi tezliyinə elan edilən müsabiqəyə daha iki şirkət sənədlərini təqdim edib.

Bununla da bu saatlara qədər müraciət edən şirkətlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, müsabiqə üçün sənəd qəbulu bu gün – fevralın 17-də başa çatacaq. Müsabiqə müddəti tam başa çatandan sonra müraciət edən şirkətlərin adları açıqlanacaq.

Son xəbərlər
Digər xəbərlər