Azərbaycanda QSC ləğv edilir.
Banker.az xəbər verir ki, “Xəzər İstehsal” Qapalı Səhmdar Cəmiyyəti ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1108 Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvanı küçəsi, ev 52A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Xəzər İstehsal” Məhdud Məsuliyyətli Cəmiyyəti bu yaxınlarda adını və təşkilati-hüquqi formasını dəyişərək “Xəzər İstehsal” Qapalı Səhmdar cəmiyyətinə çevrildiyini elan etmişdir.
Onu da bildirək ki, bu şirkət 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 200 010 manatdır və qanuni təmsilçisi Mürşüd Abdullayevdir.