14 C
Baku
Saturday, November 16, 2024

Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ən ucuz “Redmi” modeli kimi qələmə verilir.

Smartfon dərhal populyarlıq qazanıb. “Xiaomi” şirkətinin vitse-prezidenti və “Redmi” brendinin rəhbəri Lu Veybinq Çinin “Weibo” sosial şəbəkəsində bəyan edib ki, smartfonların 100 milyon yuan (14 milyon dollar) məbləğində ilk partiyası satışa başlandıqdan 5 dəqiqə sonra satılıb.

Bu, ən ucuz model nəzərə alınmaqla 62,5 min ədəd, ən bahalı isə 41,7 min ədəd deməkdir.

“Redmi 10X” modeli “Full HD ” təsvir ölçülü 6,57 düym diaqonallı “Samsung AMOLED” ekran, displey altında yerləşən barmaq izi skaneri, 48 meqapikselli əsas sensora malik kamera, 16 meqapikselli ön kamera, “MediaTek Dimensity 820” prosessoru, 22,5 vatt gücündə sürətli enerjidoldurma dəstəkli 4520 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

“Redmi 10X” smartfonunun 6 giqabaytlıq operativ yaddaş və 64 giqabaytlıq quraşdırılmış yaddaş versiyasının qiyməti 224 dollar, 6 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaşının 252 dollar, 8 giqabaytlıq operativ yaddaş və 128 giqabaytlıq quraşdırılmış yaddaşının 294 dollar, 8 giqabaytlıq operativ yaddaş və 256 giqabaytlıq quraşdırılmış yaddaşının 336 dollar təşkil edir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər