1 C
Baku
Cümə, Yanvar 21, 2022

Yeni rekord: “Tesla”nın səhmləri 2 min dollar həddini keçib

“Tesla” şirkətinin kotirovkaları iki min dollar həddini keçib. Bildirildiyi kimi, hərraclarda Amerika istehsalçısı təxminən 7 faiz yaşıl zonaya daxil olub.

Qeyd edək ki, şirkətin bazar kapitallaşması 373 milyard dollardan çoxdur. Bu göstəriciyə görə “Tesla” ABŞ-ın ən böyük perakəndə satış şəbəkəsi olan ” Walmart”ı belə üstələyir.

Bununla belə, mütəxəssislər bildirirlər ki, “Tesla” yalnız kəskin yüksəlişləri ilə deyil, həm də enişləri ilə məşhurdur. Belə ki, keçən il şirkət təxminən 775 milyon dollar zərər etmişdir.

“Tesla” tez-tez məhsullarının keyfiyyətinə görə tənqid olunur və investorları çəkindirən əsas amillərdən biri də budur.

Avqustun 28-dən sonra hər səhmdara əlavə 4 qiymətli kağız veriləcək. Ayın 31-dən isə hərraclar artıq yeni qaydalar əsasında keçiriləcək.

Son xəbərlər
Oxşar xəbərlər